Gülməli Şəkillər, Səslər  və Lətifələr icon

Gülməli Şəkillər, Səslər və Lətifələr

★★★★★
★★★★★
(3.70/5)

1.6Free2 years ago

Download Gülməli Şəkillər, Səslər və Lətifələr APK latest version Free for Android

Version 1.6
Update
Size 12.80 MB (13,423,272 bytes)
Developer Androazeri (Nural İsmayilov)
Category Apps, Entertainment
Package Name com.andromo.dev630137.app609020
OS 4.1 and up

Gülməli Şəkillər, Səslər və Lətifələr APPLICATION description

Download Funny Pictures Sounds and Jokes and have a good laugh everywhere
Tədbiq tam yeniləndi

Tədbiqdə
- Gülməli səslər
- Gülməli Şəkillər
- Lətifələr
- Molla Nəsrəddin lətifələri oxuya bilərsiniz

Kimdir Molla Nəsirəddin və ya Xoca Nəsrəddin

Əsasən hazırcavablıq və yumor anlayışlarının ağıllı bir şəxs olaraq əks etdirildiyi hekayələrlə tanınan Xoca Nəsrəddinin həqiqətən yaşayıb-yaşamadığına, yaşasa da həqiqi şəxsiyyətinin kim olduğuna dair müzakirələrin olması ilə yanaşı həqiqi bir tarixi şəxsiyyət olduğuna dair bəzi mənbələr mövcuddur.

Nəsrəddin müxtəlif türk ellərində müxtəlif adlarla məşhur olmuşdur. Türkiyədə hələ qədim dövrlərdən başlayaraq elm və maarif adamına hörmət əlaməti olaraq ona Xoca deyərək müraciət edirdilər. Bu ənənə indi də qalmaqdadır. 1935-ci ildə bütün titul və dərəcələr - bəy, əfəndi, paşa, xoca, ağa və s. ləğv edildi. Kişilər üçün müraciət forması "bıy", qadınlar üçün "bayan" sözləri müəyyənləşdirildi. Lakin "səməd" sözü Azərbaycanda indi də hörmət ifadəsi olaraq müəllim və alimlər arasında geniş surətdə işlənməkdədir.

Əfəndi isə hələ yunanlardan götürülmüş savadlı adamlara müraciət forması kimi saxlanılmaqdadır. Taciklər arasında əfəndi, özbəklərdə isə əpəndi kimi işlədilir. Orta Asiyada Nəsrəddin Əfəndi kimi tanınır. Azərbaycanda isə molla ləqəbi ilə məşhur olmuşdur.

Sosial mövqeyinə gəldikdə Nəsrəddin burada öz ağlı ilə adamları heyrətə qoyur. O, çəkinmədən hökmdarların üzünə onların günahlarını demişdir. Bir sözlə, bütün dünyanın sevdiyi türk oğlu, müdrik insan Xoca, molla, əfəndi, əfəndi Nəsrəddin 800 ildir ki, bəşəriyyəti güldürür və güldürə-güldürə düşünməyə məcbur edir.

Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Türkiyədə, Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəzdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.

Molla Nəsrəddin müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür. Belə ki, Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada - Türküstanda Xoca Nəsrəddin adlandırırlar. O, elə əfsanəviləşib ki, özbək onun Özbəkistanda, qazax Qazaxıstanda, tatar Tatarıstanda, türkmən Türkmənistanda, azərbaycanlılar Azərbaycanda anadan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı, həm özbəkistanlı, həm anadolulu, həm tatarıstanlıdır. Yəni harada türk yaşayırsa o da oralıdır. Nə qədər adı mifik bir şəxs kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Onun dodaq qaçıran hər lətifəsində dərin bir məntiq var.

Molla Nəsrəddinin lətifələrindəki insanı heyrətə salan yığcamlıq və məntiq indiyədək tam araşdırılmayıb. Dünyada Molla Nəsrəddin kimi güldürən və eyni zamanda düşündürən, hər sözündə ən məşhur elm adamını belə, heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir. Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin böyüklüyü də məhz bundadır.
↓ Read more
Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 1 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 2 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 3 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 4 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 5 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 6 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 7 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 8 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 9 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 10 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 11 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 12 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 13 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 14 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 15 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 16 Gülməli Şəkillər, Səslər  və Lətifələr screen 17

Old versions

Version Size Update
⇢ 1.0.1 (1 variants) ↓ 3.88 MB ◴ 7 years ago
⇢ 1.0.2 (1 variants) ↓ 3.46 MB ◴ 6 years ago
⇢ 1.6 (2 variants) ↓ 12.80 MB ◴ 2 years ago