Menevi Aleme Seyr - Zilhicce icon

Menevi Aleme Seyr - Zilhicce

★★★★★
★★★★★
(4.84/5)

1.0Free8 years ago

Download Menevi Aleme Seyr - Zilhicce APK latest version Free for Android

Version 1.0
Update
Size 1.76 MB (1,842,289 bytes)
Developer Deyerler.org
Category Apps, Books & Reference
Package Name org.deyerler.zilhicce.AOUZLDJHPCIEXUJKV
OS 1.6 and up

Menevi Aleme Seyr - Zilhicce APPLICATION description

Əziz Oxucu! Sizlərə ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlunun xütbə və moizələri əsasında hazırlanmış yeni kitabı təqdim edirik. Kitab özünün əlamətdar günləri və buyurulan əməlləri ilə digər bütün əyyamlardan seçilən mübarək Zilhiccə ayına həsr olunub.
“Mənəvi aləmə seyr - Zilhiccə” kitabı - Zilhiccə ayı haqqında buyurulmuş mübarək əməlləri yerinə yetirmək, bu ayda olan xüsusi günlərin mahiyyəti ilə tanış olmaq üçün sizlərə ən gözəl vasitəçi olacaq.
“Mənəvi aləmə seyr - Zilhiccə” kitabı yeddi hissədən ibarətdir. Birinci hissə “Mübarək günlər və əməllərlə zəngin - Zilhiccə ayı” adlanır. Bu hissə Zilhiccə ayının ilk ongünlüyünün digər bütün əyyamlardan üstünlüyünün mahiyyətindən bəhs edir.
İkinci hissədə ongünlük üçün buyurulmuş xüsusi əməllərə işarə olunur və onların açılışı verilir.
Üçüncü hissə - Zilhiccə ayının səkkizinci gününə təsadüf edən Tərviyyə gününün mahiyyətinə və əməllərinə həsr olunub. Dördüncü hissədə isə Zilhiccə ayının doqquzuncu günü - Ərəfə günündən bəhs edilir.
Beşinci hissəni əhatə edən “Qurban bayramının fəlsəfəsi” hissəsində İslamın ən böyük bayramlarından olan Qurban bayramının geniş açıqlaması verilir, tövsiyə olunan əməllərdən söhbət açılır.
Kitabın son iki hissəsi isə Qədir-Xum bayramı və Mübahilə günü kimi İslam tarixinin ən mühüm iki hadisəsinin mesajları və mahiyyətinə həsr olunub.
Dəyərli oxucu! Kitabın insanlarımızın Zilhiccə ilə tanışlığının daha da artıracağına, bu ayın mübarək nemətlərindən kənarda qalmamaq və daha keyfiyyətli bir əyyam yaşamaq fürsətləri təqdim edəcəyinə ümid edirik.
↓ Read more
Menevi Aleme Seyr - Zilhicce screen 1 Menevi Aleme Seyr - Zilhicce screen 2