Mobil Nömrə Daşıma icon

Mobil Nömrə Daşıma

★★★★★
★★★★★
(4.44/5)

1.0.3Free8 years ago

Download Mobil Nömrə Daşıma APK latest version Free for Android

Version 1.0.3
Update
Size 2.40 MB (2,513,960 bytes)
Developer Hasanaga Mammadov
Category Apps, Tools
Package Name com.hasanaga.mnp
OS 4.0 and up

Mobil Nömrə Daşıma APPLICATION description

App, Telefon kitabçanızda olan bütün nömrələrin "Mobil Nömrə Daşınması" (MND)* qoşulu olub-olmamasını yoxlayır. Zəng etdiyiniz nömrə MND xidmətinə qoşulubsa 2 nömrəli telefon işlədənlər müvafiq operatorun nömrəsi ilə zəng edərək xərclərinizə qənaət edə bilərsiniz.
Məs. Əgər zəng etdiyiniz nömrə "Azercell"-dən "Bakcell"-ə daşınılıbsa zəng zamanı "Bakcell" nömrənizdən istifadə edərək xərclərə qənaet etmiş olursunuz.

App-ı işlətmə qaydası:
Əsas səhifədən "Başla" düyməsini basmaqla birinci dəfə telefon kitabçanızda olan nömrələr yoxlamaq üçün app-a əlavə edilir.

Yoxlama 3 cür aparıla bilər:
- Hər bir kontaktın sağında yerləşən "yoxla" düyməsini basmaqla
- Bir neçə kontaktı seçib yoxlama aparmaqla ( bir neçə kontakt seçmək üçün kontakt üzərində "long press" (tutub saxlamaq) vasitəsi ilə edə bilərsiniz)
- "Float button"-dan istifadə edərək "bütün kontaktları yoxla" düyməsini sıxmaqla
- Klaviatura bölməsindən telefon kitabçasında olmayan nömrəni daxil edib statusunu yoxlaya bilərsiniz.

- App yalnız Azercell, Bakcell və Narmobile operatorlarının nömrələrini qəbul edir.

- Yoxlama zamanı "kiçiltmə" düyməsi vasitəsi ilə "gözləmə rejimindən" adi rejimə keçid edə bilərsiniz.

- Yoxlama nəticəsi hər bir kontaktın adı əvvəlində Boz (xidmətə qoşulmayıb) və Yaşıl (xidmətə qoşulub) rəngli "seçim" düyməsi ilə təsvir edilir. Xidmətə qoşulmuş kontaktın keçid etdiyi operator oxla göstərilir.

- Axtarış funksiyası vasitəsi ilə kontaklara sürətli bir formada tapa bilərsiniz. Axtarış kontaktın adı və nömrəsi ilə aparılır.

- İstifadə olunan servislər həddindən artıq yüklənməyə görə yoxlama zamanı "Yoxlama zamanı xəta baş verdi" xəbərdarlığını ala bilərsiniz. Zəhmət olmasa müəyyən vaxtdan sonra yenidən davam edin.


App-dan istifadə zamanı hər hansı xəta baş verdikdə bizə yazmağınız xahiş olunur.
Əlaqə: [email protected]
http://fb.com/hasanaga.mammadov

FB Page:
https://www.facebook.com/MobileNP

QEYD:
Servislər Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat və Hesablama Mərkəzi tərəfindən təmin edilir.

Serverin yükləməsinin qarşını almaq üçün hər əməliyyat zamanı maksimum 25 kontaktın statusu yoxlanılır. Növbəti yoxlamanı 3 dəqiqədən sonra davam etdirə bilərsiniz.
Bu məhdudiyyət tək-tək və klaviatura ilə yoxlamaya aid deyil.

↓ Read more
Mobil Nömrə Daşıma screen 1 Mobil Nömrə Daşıma screen 2 Mobil Nömrə Daşıma screen 3 Mobil Nömrə Daşıma screen 4 Mobil Nömrə Daşıma screen 5 Mobil Nömrə Daşıma screen 6 Mobil Nömrə Daşıma screen 7 Mobil Nömrə Daşıma screen 8