Namazin Sirleri icon

Namazin Sirleri

★★★★★
★★★★★
(4.91/5)

4.0Free6 years ago

Download Namazin Sirleri APK latest version Free for Android

Version 4.0
Update
Size 702.07 KB (718,919 bytes)
Developer Alimovla
Category Apps, Books & Reference
Package Name com.alimovla.namazinsirleri.second
OS 2.1 and up

Namazin Sirleri APPLICATION description

“Etiqadlar”, “hökmlər” və “əxlaq”yönümlərində İslam maarifinin Quran ayələri və hədislərə əsaslanaraq aşkar şəkildə bəyan olunması bu maariflə maraqlananların ehtiyaclarını ödəmək üçün zəruridir.
İlahi tövfiqlə, “Quran dərsləri”adı altında bir neçə il ərzində televiziyadan verilən söhbətlər mömin ümmətimiz tərəfindən qəbul olundu.Bu söhbətlərin bəziləri kitab şəklində sizə təqdim edildi.Üsuli-din və məad mövzusunda olan söhbətlər də bu qəbildəndir.
“Üsuli-din”mövzusunda söhbətlərdən sonra,dostların tövsiyyəsi ilə “firui-din”mövzusunda olan söhbətlərin də nəşr olunması qərara alındı.Təcili ehtiyac duyulduğu üçün “həcc”mövzusu ilk olaraq sizin ixtiyarınıza verildi.İndi isə “namaz”haqda olan mövzular əlinizdədir.Bu işlər şəhidlərin qanı bahasına yaranmış fürsətin şükrünün bəhrəsidir.
Namaz və digər ibadətlər barəsində dəyərli kitablar yazılmışdır.Ümid edirik ki,bu kitab çoxsaylı ayə və hədislərə əsaslanıb,ayrıca mövzu şəklində verildiyindən ümumi oxucular,xüsusilə muəllimlər üçün faydalı və bir növ faydalı olacaq.
Mövzuların hazırlanmasında istifadə olunan əsas mənbələr Quran və hədisdir.Bundan əlavə,şiə və sünni kitablarındakı rəvayətlərdən istifadə olunmuşdur.
Quran və “Nəhcül-bəlağə”dən sonra istifadə olunmuş əsas mənbələr aşagıdakılardan ibarətdir: “Biharul-ənvar”, “Vəsailuş-şiə”, “Müstədrək”, “Üsuli-kafi”, “Mən la yəhzuruhul-fəqih”, “Ğurərul-hikəm”, “Kənzul-ummal” və s.Rəvayətlərin sənəd və istifadə olunmuş mənbələr yerindəcə göstərilmişdir.
Bu kitabın hazırlanmasında əzizlərin dəyərli fikirlərindən və tövsiyyələrindən istifadə olunmuşdur.Onlara təşəkkur edirik.Kitabın gücü Allahın,Peyğəmbərin(s) və Əhli-beytin(ə)sözləridir.Bütün əldə olunanlar onların bərəkətindəndir.Əgər səhvlər və çatışmazlıqlar varsa,bizdəndir.Ayə və hədislərin tərcüməsi nisbətən azad tərcümədir.Bəzi hallarda izah və əlavələr olunmuşdur.Əlinizdəki kitabın mövzuları öncə İslam respublikası efirindən yayımlanmışdır.Sonradan bir sıra dəyişiklik və təkmilləşdirmələrlə nəşr olunmuşdur.
Uca Allahdan ixlas,davamlı tövfiq,təsirli söz və yazı istəyirik.Ümid edirik ki,bu kiçik addım böyük vacibatlardan olan namaza maraq yaratmaqda təsirli olacaq,dünyada İslam maarifinin yayılmasında bizə də pay düşəcək.(Bu bizim hər birimizin vəzifəsidir.)Ümid edirik ki,böyük İslam ümmətimiz zəngin İslam maarifinə və dini şəxsiyyətlərinə arxalanaraq bir-birləri üçün möhkəm sığınacaq,haqqın himayəsi üçün alınmaz qala olacaq...
↓ Read more
Namazin Sirleri screen 1 Namazin Sirleri screen 2