Təmiz Binəqədi Saatı icon

Təmiz Binəqədi Saatı

★★★★★
★★★★★
(4.00/5)

1.0Free8 years ago

Download Təmiz Binəqədi Saatı APK latest version Free for Android

Version 1.0
Update
Size 1.14 MB (1,195,113 bytes)
Developer Ceyhun Məmmədzadə
Category Apps, Tools
Package Name com.temizbineqedi
OS 1.6 and up

Təmiz Binəqədi Saatı APPLICATION description

Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli Qərarı ilə 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının keçirilməsi hüququ Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə verildi.
2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarını Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli Fərmanı ilə Təşkilat Komitəsi yaradıldı, Təşkilat Komitəsinə Azərbaycan Respublikasının Birinci Xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr təyin edildi.
Ötən müddət ərzində Respublikamızda Olimpiya Oyunlarına hazırlıqla əlaqədar böyük işlər görüldü, bir çox olimpiya obyektləri tikilib istifadəyə verildi, bir qismində tikinti və tamamlama işləri sürətlə davam etdirilir.
Bakı şəhərində 12 iyun 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına açılış mərasiminə qalan vaxtın hesablanmasına start verildi.
Layihənin məqsədi Olimpiya Oyunlarının başlanmasına bir il qalmasını nəzərə alaraq, oyunlara hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdir.
1 iyul 2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanılır.
Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib və Tədbirlər Planının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb.
↓ Read more
Təmiz Binəqədi Saatı screen 1 Təmiz Binəqədi Saatı screen 2 Təmiz Binəqədi Saatı screen 3 Təmiz Binəqədi Saatı screen 4 Təmiz Binəqədi Saatı screen 5 Təmiz Binəqədi Saatı screen 6